Rusiya PUA-ları Dnepr şəhərini “əhatəyə” alır | VİDEO

Rusiya PUA-ları Dnepr şəhərini “əhatəyə” alır    | VİDEO
  18 Noyabr 2025    Oxunub:772
Ukraynanın Dnepr şəhəri “Şahed” tipli pilotsuz uçan aparatların kütləvi hücumuna məruz qalır.
AzVision.az xəbər verir ki, Ukraynanın Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vladislav Qayvanenko öz Telegram-kanalında bununla bağlı paylaşım edib.

O, şəhər sakinlərini hər şey aydınlaşana qədər təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Yerli Telegram-kanalların məlumatına görə, şəhərdə partlayış səsləri eşidilir və səmada Dnepr şəhərini “əhatələyən” 40-a qədər pilotsuz uçan aparat görünüb. Vətəndaşlardan hava hücumu xəbərdarlığı zamanı diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etmək xahiş olunur.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Dnepr   hücum  



Xəbər lenti